QAZİLER.AZ-ın Ria Novosti-yə istinadla verdiyi xəbərə görə, Pakistanda prezident oğluna qarşı sui-qəsddə 3 nəfər ölüb. Motosiklə bərkidilən partlayıdıcı cihaz uzaqdan işə salınıb. Prezident oğlunun korteji otelin yanından Sind və Beludcistan əyalətinin avtomagistralını birləşdirən yerdən keçən zaman partlayış baş verib.
Deyilənə görə, partlayış zamanı ən azından 3 nəfər həlak olub,15 nəfər yaralanıb.Yaralananların arasında kritik vəziyyətdə olan 5 polis nəfəri də var. Bundan başqa, partlayış baş verən yerə yaxın yoldan keçən insanlar da xəsarət alıb.
Qüyd edək ki, prezident oğlunun korteji otelin yanından keçərkən hadisə baş verib, qeyd edək ki, Pakistan prezidentinin oğlu xəsarət almayıb.
Güman edilir ki, Suleman Mamnun Bəlucistan əyalətinin Xub şəhərində yerləşən şəhər kənarındakı evindən Karaçiyə qayıdırmış.
Aydan Əlizamanlı QAZİLER.AZ