Hülusi Akar: "Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcək"

Hülusi Akar: "Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcək" backend

Hülusi Akar: "Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcək"

“Report” Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tərəflər Suriyadakı vəziyyətə dair müzakirələr aparıblar.

Nazir xüsusilə Fərat çayının şərqində, İdlib və Münbiçdəki son hadisələrə toxunub, ABŞ-dan PKK-nın Suriyadakı qolu YPG ilə əlaqələrini kəsməsini, ölkənin şimal sərhədi yaxınlığında müşahidə nöqtələri yaratmaq planından əl çəkməsini gözlədiklərini bildirib.

H.Akar Türkiyə sərhədləri yaxınlığında terror dəhlizinin yaranmasına yol verməyəcəklərini amerikalı diplomatın diqqətinə çatdırıb.