İŞİD Səudiyyə Ərəbistanını ələ keçirir

İŞİD Səudiyyə Ərəbistanını ələ keçirir backend

İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanını 5 yerə parçalamaq niyyətindədir.

Qaziler.az Axar.az-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəsmisi general Basam Atiyə jurnalistlərə açıqlamasında deyib.

“Bu terror təşkilatının hədəfi bəllidir – krallıqda dinlərarası münaqişəni alovlandırmaq və ölkəni 5 hissəyə ayırmaq”, - Atiyə bildirib.

General bildirib ki, İŞİD-in Səudiyyə Ərəbistanındakı əsas hədəfi təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Onun sözlərinə görə, İŞİD Səudiyyə Ərəbistanında 4 ay əvvəl öz özəyini yaradıb və sosial şəbəkələr vasitəsilə gəncləri və uşaqları ələ keçirərək, onlardan öz ailələrini, yaxınlarını öldürmələrini tələb edir.
Diaspora