İngiltərə kəşfiyyatı Rusiyaya meydan oxudu: “Biz dördüncü nəsil casusluq fəaliyyəti tətbiq edirik"

İngiltərə kəşfiyyatı Rusiyaya meydan oxudu: “Biz dördüncü nəsil casusluq fəaliyyəti tətbiq edirik" backend

İngiltərə Rusiyanı ingilis kəşfiyyatının qabiliyyətini qiymətləndirə bilməməkdə itiham edib.

Avropa.info xəbər verir ki, İngiltərənin Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Aleks Younqer, Rusiyanın mürəkkəb təxribatla məşğul olduğunu və ingilis kəşfiyyatının qabiliyyətini qiymətləndirə bilmədiyini deyib. Younqer, İngiltərənin düşmənlərini təəccübləndirəcək səviyyədə yeni nəsil casusuluk fəaliyyəti qurduğunu bildirib.

“Rusiya, ya da həyat tərzimizi dağıtmaq istəyən başqa bir dövlət bizim və müttəfiqlərimizin qətiyyətiniə və ağılına qiymət verməməlidir. Rusiya kimi özünü İngiltərə ilə daimi mübarizədə görən dövlətlər ölkəyə ciddi təhdid yaradır.

Mart ayından bu yana Rusiya ilə İngiltərə arasında Sergey Skripalin zəhərlənməsilə bağlı mübahisələr yaşanır. Mİ6 Skripal və qızına qarşı törədilən zəhərləmə olayını üzə çıxardı.

“Dördüncü sənaye inqilabı dövrünün casusuluk fəaliyyətlərinə dördüncü nəsil casusluq deyilir. Bu casusluq fəaliyyəti adətən digər millətlər üzərindən aparılır. Bu fəaliyyət bizim ənənəvi insan qabiliyyətimiz ilə sürətləndirilmiş ixtiraları birləşdirir.

Eyni zamanda biz son dörd ildir gizli müxtəlif etnik və dini köklərdən olan gəncləri püxtələşdirmək üçün çalışırıq. Haradan gəlmisiniz önəmli deyil. Bir fərqlilik yaratmaq istəyirsinizsə, bunun üçün lazım olan xüsusiyyətlərə sahib olan insanları üzə çıxarmalıyıq” – Aleks Younqer belə deyib.