Ermənistanın “Su-25” hərbi təyyarəsi yoxa çıxıb

Ermənistanın “Su-25” hərbi təyyarəsi yoxa çıxıb backend

Ermənistan ordusunun hərbi hava qüvvələrinə məxsus “Su-25” hərbi təyyarəsi radarlardan itərək yoxa çıxıb

Azvision.az xəbər verir k, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, gündəlik planlı təlim uçuşunu yerinə yetirən zaman Ermənistan silahlı qüvvələrinin “Su-25” hərbi təyyarəsi səhər saat 10:20 radələrində radarlardan itib və təyyarənin pilotu ilə əlaqə kəsilib.

Təyyarənin saat 10:06-da Gümrüdəki aeroportdan havaya qalxdığı bildirilib. Hazırda itmiş “Su-25”in tapılması ilə əlaqədar Ermənistan Müdafiə Nazirliyi axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.