CNN: “Qaşıqçının ölümündə WhatsApp yazışmaları rol oynayıb”

CNN: “Qaşıqçının ölümündə WhatsApp yazışmaları rol oynayıb” backend

ABŞ-ın CNN İnternational xəbər telekanalı bu ilin oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən öldürülən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı yeni verisya ortaya atıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, xəbərdə Qaşıqçının Kanadanın Monreal şəhərində yaşayan səudiyyəli müxalif fəal Ömər Əbdülzəzizə göndərdiyi WhatsApp mesajlarında ər-Riyadda hökm sürən rejimi sərt tənqid etdiyi və bunun onun faciəvi aqibətində rol oynaya biləcəyi bildirilib.

Əbdüləziz özü CNN-ə açıqlamasında Qaşıqçı ilə bu ilin avqustuna qədər WhatsApp vasitəsilə danışdıqlarını, lakin sonradan dinlənilmə təhlükəsi ilə daha təhlükəsiz bağlantılar qurduğunu bildirib.

Məlum olub ki, iki şəxs arasında WhatsApp vasitəsilə aparılan telefon danışıqlarını dinləmək üçün Səudiyyə Ərəbistanı İsrailin NSO proqramı tərəfindən hazırlanan proqramdan istifadə edib.

Yazışmalarda Qaşıqçının şahzadə Məhəmməd bin Salmanın hərəkətlərindən olduqca narahat olduğu bəlli olub. Mərhum jurnalist onu 80-ci illərin məşhur kompüter oyunlarından sayılan, qabağına keçən hər şeyi, daha doğrusu, qurbanlarını yeməklə məşğul olan və getdikcə iştahı artan yırtıcı “Pac-man”a bənzədib.

Qaşıqçı başqa bir mesajında MBS-ni “Gücə, təzyiqə vurğun və bunları açıq nümayiş etdirməyə meylli olan birisi kimi təsvir edib.

“Lakin zalımlığın heç bir məntiqi yoxdur”,-Qaşıqçı növbəti mesajlaırnın birində yazıbmış.

“Camal MBS-nin bri problem olduğunu bilirdi və onun dayandırılmasının zəruri olduğunu sölyəyirdi”,-deyə Əbdüləziz CNN-ə bildirib.

Onun fikrincə, telefonun proqramının sındırılması nəticəsində Qaşıqçınn şahzadə haqqında düşüncəsi MBS-nin özünə çatdırılıb. Ömər Əbdüləziz buna görə özünü olduqca günahkar hesab etdiyini sölyəyib.

Əbdüləziz bu ilin may ayında səudiyyli rəsmilərinin onunla Monrealda görüşdüklərini və MBS-nin Əbdüləzizin Tvitterdəki mesajlarını da izlədiyini ona çatdırıldığını qeyd edib.

Ən maraqlısı isə odur ki, vaxtilə Ömər Əbdüləzizi də bəzi sənədləri götürmək adı altında Səudiyyə Ərəbistanının Kanadadakı səfirliyinə çağırıblar. Onu həmin binaya getməkdən elə Qşaıqçı saxlayıb. Özü sonradan eyni tələyə düşən səudiyyəli jurnalist Əbdüləzizə Səudiyyə Ərəbistanından gələnlərlə yalnız kütlə içində və açıq məkanda görüşməsini məsləhət görübmüş.