Ərdoğan yeni hərbi əməliyyatların anonsunu verdi

Ərdoğan yeni hərbi əməliyyatların anonsunu verdi backend

Türkiyə prezidenti: Biz terrora biganə qala bilmərik

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fərat çayının şərqində hərbi əməliyyatların başlayacağının anonsunu verib.

REAL xəbər verir ki, bu barədə Argentinada keçirilən G-20 Liderlərinin Zirvə Toplantısında iştirak edən R.T.Ərdoğan burada təşkil olunan mətbuat konfransındakı çıxışında deyib.

“Fəratın qərbini olduğu kimi, şərqini da separatçı terror təşkilatının zülmündən və işğalından çox yaxın bir zamanda azad edəcəyik. Bu kimi məsələlərdə müttəfiqlərimizdən ikili standart deyil, səmimiyyət gözləyirik. Biz terrora biganə qala bilmərik. Suriyanın şimalında Türkiyə və regionun təhlükəsizliyinə təhdid yaradan heç bir tikiliyə icazə vermərik”, - R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti onu da bildirib ki, sammit çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşüb və Münbiç və FETÖ başçısının qaytarılması məsələlərini müzakirə edib.

“PYD/YPG terror təşkilatlarına qarşı münasibətimi təkrarladım. Münbiçi onlardan təmizləmək üçün birlikdə hərəkət etməli olduğumuzdan danışdıq. FETÖ başçısı Gülənin qaytarılmasından bəhs etdik. Bu mövzuda da ümidliyəm”, - Türkiyə lideri qeyd edib.

R.T,ərdoğan onu bildirib ki, İdlibin terror təşkilatlarından təmizlənməsi məsələsini isə Rusiya ilə qərarlı şəkildə davam etdirilir.