Türkiyə ordusu İraqın şimalına girdi: 40 km-lik ərazi PKK terrorçularından təmizləndi

Türkiyə ordusu İraqın şimalına girdi: 40 km-lik ərazi PKK terrorçularından təmizləndi backend

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatı davam edir.

Artıq Türkiyə ordusu İraqın şımalında 40 kilometrlik sahəni terrorçulardan təmizləyərək nəzarəti ələ keçirib.

Avropa.info xəbər verir ki, TSQ Şemdinli-Derecik bölgəsində İraq tərəfdə Hakurk ilə Bradost bölgələrinin arasındakı əraziləri PKK terrorçularından təmizləyib, onların düşərgələrini yerlə-yeksan ediblər.

PKK terrorçularından təmizlənən ərazilərdə TSQ-nın müvəqqəti postları qurulub.

Tirkiyənin döyüş təyyarələri İraqın şimalında Zap, Avaşin-Basyan və Hakurk bölgələrində terrorçuların mövqelərini bombalamaqda davam etdiyi bir zamanda əsgərlər Qəndilə doğru irəliləməyə davam edir.

Türk ordusu İraqın daxilinə doğru 40 km irəliləyərək orada istehkamlarını quraraq mövqelərini möhkəmlədiblər.

Bununla da Türkiyə ordusu PKK-nın qaçaq yolla Türkiyə ərazisinə keçidin böyük hissəsinin qarşısını alıb.

Türkiyə ordusu Kani Rash, Bermiza, Bani, Kavet, Naya, Sur, Alakan və Mavana qəsəbələrini PKK terrorçularından təmizləyib.

Qeyd edək ki, TSQ-nin Qəndil istiqamətindəki əməliyyatı davam edir.