Gürcüstan MSK prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini açıqlayıb

Gürcüstan MSK prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini açıqlayıb backend

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin nəticələri açıqlayıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs), müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) əldə edib.

İlkin nəticələr 1 337 seçki məntəqəsini əhatə edir.