Gürcüstandakı prezident seçkilərində insidentlər olub

Gürcüstandakı prezident seçkilərində insidentlər olub backend

Prezident seçkilərinin ikinci turu üzrə səsvermə dinc şəraitdə keçirilir.

REAL-ın Gürcüstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bütün seçki məntəqələrində seçicilər fəallıq nümayiş etdirir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib ki, bu vaxta qədər Gürcüstanda seçicilərin 19.6 faizi səsvermə prosesində iştirak edib. “Ən aşağı fəallıq isə Kvemo Kartlinin Zalqa bölgəsindədir-12.2 faiz. Elə bir ciddi qanun pozuntusu barədə komissiyaya məlumat daxil olmayıb. Yalnız Qardabani, Gürcüyani və Axaltsixi də xırda insidentlər yaşanıb”.