Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bir-birinə qarşı müttəfiqlik öhdəliklərinə aydınlıq gətirməlidirlər.
Axar.az xəbər verir ki, bunu Vanadzorda təşkil etdiyi mitinqdə çıxışı zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib.“Siz bilirsiniz ki, son zamanlar KTMT-də aktiv müzakirələr aparılır. Bu müzakirələr zamanı alyans üzvlərinin bir-birinə qarşı öhdəlikləri aydınlaşdırılmalıdır. Biz gərək başa düşək ki, kimə güvənməliyik. Bizə aydın deyil ki, müttəfiqlərimiz niyə Ermənistana dost olmayan ölkəyə silah satırlar. Bunu müttəfiqlərimizlə səmimi müzakirə edəcəyik”, – deyə o bildirib.