Akar bir daha Şoyquya zəng etdi: Hazır olmalıyıq

Akar bir daha Şoyquya zəng etdi: Hazır olmalıyıq backend

Türkiyə Müdafiə naziri Hulusi Akar Rusiya Müdafiə naziri Sergey Şoyquya zəng edib.

Axar.az xəbər verir ki, iki nazir İdliblə bağlı son durumu müzakirə edib və regional məsələlərdən danışıblar.

Tərəflər Soçi razılaşmasına qarşı təxribatın gözlənilən olduğunu, buna görə də hər an hər şey hazır olmağın vacibliyini vurğulayıblar.

Türkiyə mediası nazirlərin son iki gündə artıq ikinci dəfədir telefon danışığı aparmasına xüsusi diqqət çəkib.