Göksel Gülbey əlində heç bir sübutun olmadığını bildirib
Türkiyədə fəaliyyət göstərən Beynəlxalq əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in rəhbəri Göksel Gülbeyin rəsmi Ankaranın Ermənistan TIR-ları üçün qapıları açması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib.REAL xəbər verir ki, Trabzon Limanının baş direktoru Müzəffər Ermiş Ermənistan TIR-larının Trabzon limanından keçdiyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
O bildirib ki, limanın açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir.
“ASİMDER Ermənistanla bağlı iddiaları gündəmə gətirib. Lakin zəng edərək bizimlə xəbəri dəqiqləşdirmədən gündəmə gətirilməsi bizi çox üzdü. Ermənilərin dünyaya açılan qapısı Trabzondur. Lakin bu qapının açılması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Asiya ilə Avropanın kəsişdiyi Transqafqaz dəhlizində Ermənistan əhəmiyyətli mövqedə yerləşir. Ermənilər ağıllı davransaydılar Azərbaycan torpaqlarından geri çəkilərdilər və bu tranzitdən istifadə edərək gəlir əldə edərdilər”, - Müzəffər Ermiş bildirib.

ASİMDER-in rəhbəri Göksel Gülbey “Yeni Şəfəq” qəzetinə açıqlamasında gündəmə gətirdiyi məsələ ilə bağlı danışıb: “İddiaları sadəcə eşitmişdim. O ərazidən yaşayanlar bu barədə mənə məlumat vermişdilər. Mən də iddiaları gündəmə gətirdim. Heç bir sübut yoxdur”.
İddialarla bağlı ilk rəsmi reaksiya Türkiyənin Azərbaycandakı səfirliyindən verilmişdi.
Türkiyənin Ermənistan TIR-larına sərhədi açdığı barədə bəzi xəbər saytlarında yayılan xəbərlər həqiqəti əks etdirmir. Türkiyənin Gürcüstandakı Səfirliyində Ermənistan vətəndaşlarına iş vizası verilməsi və bunun sayəsində Ermənistan qeydiyyatlı TIR-ların Trabzon limanından istifadə etməsi də əssassızdır”, - səfirliyin məlumatında qeyd olunur.
Bir neçə gün əvvəl Göksel Gülbey ildə 400 Ermənistan TIR-larına Trabzon limanı üzərindən yükdaşıma icazəsi verildiyini açıqlayıb.
Onun bildirdiyinə görə, həmin icazəni Türkiyənin Tiflisdəki səfirliyi verib. Ermənistan TIR-ları indiyə qədər yükləri daşımaq üçün Gürcüstanın Poti limanından istifadə edirdi. Lakin Gülbey deyir ki, Trabzon limanından istifadə etmək erməni TIR sürücülərinə 600 dollar daha ucuz başa gəlir.