Gürcüstan Apellyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barədə çıxarılmış hökmü qüvvədə saxlayıb.
Teleqraf.com xəbər verir ki, Valeri Gelaşviliyə hücum etməkdə ittiham olunan Saakaşvilinin 6 il azadlıqdan məhrumetmə cəzasının dəyişdirilməsi barədə verdiyi vəsatət təmin olunmayıb.Bu barədə məhkəmə prosesində iştirak edən vəkil Arçil Txeşelaşvili deyib.
Vəkil məhkəmənin Mixail Saakaşvilinin deputata hücumunu intiqam almaq cəhdi kimi qiymətləndirdiyini bildirib:
“Məhkəmə müraciətimizi təmin etmədi və Saakaşvilinin 6 il azadlıqdan məhrum etmək qərarını verdi”.
Qeyd edək ki, hazırda Polşada olan Mixail Saakaşvili Gürcüstana qayıdacağı halda həbs ediləcək. O, deputat Valeri Gelaşvilini öldürməyə cəhd etməkdə ittiham olunur.