Polşanın Torun şəhərində seçicilər ilə görüş zamanı naməlum şəxs prezident Bronislav Komorovskiyə hücum edib. QAZİLER.AZ-ın “report.az”-a istinadən məlumatına görə, 34 yaşlı gənc prezident avtomobilindən çıxan zaman ona hücum çəkib.
Lakin mühafizə xidməti gənc oğlanın qarşısını prezidentə xəsarət yetirmədən ala bilib. Sözügedən şəxs saxlanılıb. Hadisənin təfərrüatları aydınlaşdırılır.Xatırladaq ki, mayın 24-də Polşada prezident seçkilərinin ikinci turu keçiriləcək. Birinci turda Komorovski öz əsas rəqibi Ancey Dudeyə məğlub olub.