Erməni hərbçi qəza törətdi: Ölən və yaralılar var

Erməni hərbçi qəza törətdi: Ölən və yaralılar var backend

Ermənistanın Geğarkunik vilayətində ağır yol qəzası baş verib.

Azvision.az “Shamshyan.com”-a istinadən xəbər verir ki, “Opel Astra” markalı avtomobil yolun kənarındakı maneələrə çırpıldıqdan sonra idarəetməni itirib və dərəyə aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 23 yaşlı Arsen Karapaetyan isə hadisə yerində ölüb.

Hadisəni törədən sürücü 21 yaşlı Quren Z. Ermənistan ordusunun hərbi qulluqçusudur. Faktla bağlı araşdırma aparılır.