ABŞ polisi İŞİD terror təşkilatına qoşulmağa cəhd edən 2 gənci saxlayıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, saxlanılanlar Kaliforniya ştatının sakinləridir, hər ikisinin 24 yaşı var.
Qeyd olunur ki, onlar İŞİD-ə qoşulmaq niyyətlərini sosial şəbəkələr vasitəsilə bəyan ediblər. Saxlanılan şəxslərə 15-ilədək həbs cəzası verilə bilər.