Birləşmiş Ştatlar Gürcüstanın Avropa Birliyinə inteqrasiyasına kömək edəcək. QAZİLER.AZ "Ria Novosti"-yə istinadla xəbər verir ki, bu barədə ABŞ baş katibi Con Kerri deyib.
“Biz Gürcüstanın Avropa Birliyi ilə assosiasiya razılaşmasının reallaşmasına və NATO üzvülüyünə irəliləməsinə kömək edəcəyik”- deyə siyasətçi bildirib. Onun sözlərinə görə Birləşmiş Ştatlar qonşu Gürcüstanın avroatlantik yöndə irəliləyişini tam dəstəkləyir.Bundan əvvəl ABŞ prezidenti Barak Obama gürcüstan hökümət qüvvələrinə ölkənin müstəqillik günü münasibətilə təbrik məktubu göndərmişdi.