Amerikanın Nevada ştatının Las-Veqas şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib. QAZİLER.AZ xəbər verir ki, bu barədə xəbəri "Ria Novosti" agentliyi yayıb.
Zəlzələ yerli vaxtla saat 11.47-də qeydə alınıb. Episüentr Kolyente şəhərindən 39 kilometr cənub qərbdə olub.Yeraltı təkanların mənbəyi isə 19,4 kilometr dərinlikdə olub. Zəlzələdə zərər çəkənlər və dağıntılar barədə hələ ki, xəbər verilməyib.