Alman xüsusi təyinatlılar siyasətçiləri öldürəcəkdi - planın üstü açıldı

Alman xüsusi təyinatlılar siyasətçiləri öldürəcəkdi - planın üstü açıldı backend

Almaniya Cinayət Polisinin Federal İdarəsi bundesverin xüsusi təyinatlı dəstəsinin hərbçiləri və Uniter assosiasiyası elit əsgərləri tərəfindən təşkil edilmiş siyasi qətllər məqsədli sui-qəsdin üstün açıb.

Hərbi qruplaşma siyasətçiləri məhv etməyə hazırlaşırmış. Sui-qəsdçilər öz planlarının həyata keçəcəyi günü hələ müəyyənləşdirməyiblərmiş.

Onların qurbanlarının tam siyahısı da hələ məlum deyil. Lakin qruplaşma üzvlərinin hədəfləri arasında Bundestaqda solçu partiyaların fraksiyasının başçısı Ditmar Bartç olub. "Focus” jurnalının versiyasına görə, sui-qəsdçilərin qətllərdən sonra nə etməyə hazırlaşdıqları da məlum deyil.

Qruplaşmanın üzvləri Almaniyanın silahlı qüvvələrində və xüsusi təyinatlı dəstədə xidmət keçiblər. Onlar gələcək fəaliyyətlərini gizli yığıncaqlarda müzakirə ediblər.

Sui-qəsdçilərin planlarının üstünün açılmasına səbəb bundesverin əsgəri Franko A-nın işi ilə bağlı araşdırma olub. “Report” bildirir ki, o, hakimiyyət orqanlarına qarşı terror aktları planlaşdırırmış. Əsgər törədəcəyi terror aktlarını miqrantların üstünə atmaq üçün Miqrasiya Xidmətinə guya Suriya qaçqını olması barədə yanlış informasiya verib. (Report)