Ukraynada Slavutiç şəhər Sovetinin deputatı, UDAR partiyasını təmsil edən Anatoli Qladçenko silahlı hücuma məruz qalıb.
QAZİLER.AZ saytı Ukrayna mətbuatına istinadla xəbər verir ki, deputat ağır vəziyyətdə Kiyev xəstəxanalarının birinə çatdırılıb. Onun tezliklə əməliyyat olunacağı bildirilir.Qeyd olunur ki, naməlum şəxs yaxın məsafədən travmatik tapançadan A. Qladçenkonun üz nahiyəsinə iki dəfə atəş açıb.