İŞİD-in uşaqlardan necə istifadə etdiyi ifşa olundu

İŞİD-in uşaqlardan necə istifadə etdiyi ifşa olundu backend

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi İŞİD terror qruplaşmasının vəhşilikləri barədə hesabat hazırlayıb.

Hesabatda İŞİD-in girov götürdüyü uşaqların qul kimi satıldığı, cinsi istismar edildiyi, isgəncə edildiyi, bir qisminin çarmıxa çəkildiyi, diri-diri basdırıldığı və ya başları kəsilərək edam edildiyi əksini tapıb.

1998-ci ildə İraqda uşaq hüquqlarının vəziyyətini araşdıran komitənin hazırladığı hesabata görə, dini və etnik azlıqlara mənsub uşaqlar daha çətin vəziyyətdədir:

"Uşaq istismarı məzhəb tanımır" istiqamətində işlənən hesabatı 18 müstəqil ekspert hazırlayıb. Komitənin sözçusu Renate Vinter "Reuters"-ə açıqlamasında bildirib ki, İŞİD əqli qusurlu bir çox uşaqda canlı bomba kimi istifadə edir: "Bu uşaqlar böyük ehtimalla nə etdiklərinin fərqində belə deyil".

Uşaqlara çox kiçik yaşda, təxminən səkkiz yaş civarında əsgər kimi hərbi təlim keçirilmsi barədə video görüntüyə münasibət bildirən Vinter qeyd edib ki, İŞİD nəzarətində olan ərazilərdə yaşayan etnik və dini azlıqların uşaqlarını qaçırır, onların üstünə qiymət qoyularaq bazara çıxarılıb satılır.

Onun sözlərinə görə, xüsusilə yezidi və xristian uşaqların İŞİD vəhşiliyi ilə üzləşsə də, qurbanlar arasında şiə və sünnilərin uşaqları var. Hesabatda İŞİD tərəfindən "namus cinayətləri" və bəzən 11 yaşdan kiçik olan qızların belə erkən nikahla evləndirilməsi qınanılıb və BMT-dən uşaq hüquqlarının qotunması üçün lazımi addınlar atılması tələb olunub. İŞİD mövqelərinə endirilə hava zərbələri nəticəsində çox saylı uşaqların ölməsinə diqqət çəkən ekspertlər terrorçulara qarşı sistemli mübarizənin başladılar.
Diaspora