ABŞ Türkiyəyə görə YPG-yə xəyanət edəcək - Rayevski

ABŞ Türkiyəyə görə YPG-yə xəyanət edəcək - Rayevski backend

Amerikalılar Türkiyə ilə münasibətlərdə qarşılaşdığı maneələri aradan qaldırmağa cəhd edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın PKK rəhbərlərinin tapılması üçün mükafat ayırmasına münasibət bildirərkən rusiyalı siyasi ekspert Viktor Nadein-Rayevski deyib.

"Görünürən odur ki, amerikalılar Türkiyə ilə münasibətlərdə yaranan maneələri bir yolla aradan qaldırmağa çalışır. Türkiyənin meydançasında oynamaq və beləliklə, konsensus şansını artırmaq istəyirlər. Çünki Türkiyənin əsas tələbi olan Fətullah Güləni geri vermədilər", - Rayevski bildirib.

O deyib ki, ABŞ Türkiyə ilə əlaqələri daha da qaydasına salmaq üçün DSQ və YPG-yə xəyanət edəcək.