“Ukraynaya özünü müdafiə etməsi üçün silah verilməlidir”.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın müxalif RPR-Parnas partiyasının həmsədri Mixail Kasyanov çıxış edib. O, prezident olacağı halda Krımı Ukraynaya qaytaracağını bildirib:“Ukraynaya özünü müdafiə etməsi üçün silah verilməli, Donbasda BMT sülhməramlıları yerləşdirilməlidir. Mən prezident olacağım təqdirdə Krımı Ukraynaya verəcəyəm. Əsas niyyətim seçkilər vasitəsilə Putinin iqtidardan getməsini təşkil etməkdir”.