Rusiyadan İraqa: “Şərtsiz silah veririk”

Rusiyadan İraqa: “Şərtsiz silah veririk” backend

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ölkəsinin İŞİD-lə mübarizə üçün İraqı silahlandıracağını açıqlayıb.

Axar.az xəbər verir ki, İraqın Baş naziri Heydər əl Abadinin Moskva səfərindən sonra jurnalistlərin suallarını cavablandıran Lavrov heç bir şərt olmadan Bağdada silah verməyi planlaşdırdıqlarını deyib.

Xatırladaq ki, İraqın sifariş verdiyi 4 milyard dollarlıq raket və döyüş vertolyotlarının Bağdada daşınması davam edir. Rusiya sonuncu dəfə Mi-28NE tipli döyüş vertolyotlarını Bağdada təhvil vermişdi. Bu rəqəmin 36-ya çatdırılması planlaşdırılır.
Diaspora