Tac-Mahalda namaz qılmaq qadağan olundu

Tac-Mahalda namaz qılmaq qadağan olundu backend

Hindistanda daha öncələr cümə namazını yasaqlayan Ali Məhkəmə gün ərzində qılınan namaz vaxtlarına da qadağa qoyub.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, qərarın icrası çərçivəsində Hindistanın Arxeolojik Araşdırmalar Qurumu türbədə dəstəmaz alınması üçün istifadə edilən su çənini də möhürləyib.

Yeni qərara sərt təpki verən Tac-Mahal intizam komitəsinin sədri İbrahim Hüseyn həm mərkəzi hökumətin, həm də yerli ştat rəhbərliyinin İslama qarşı bir zehniyyətə sahib olduğunu söyləyib.

O qanunun heç bir məntiqi əsasının olmadığını dilə gətirib.

Hindistan Arxeolojik Araşdırmalar Qurumundan verilən məlumatda isə qərarın məhkəmə əmri əsasında yerinə yetirildiyi bildirilib. Təşkilatın nümayəndəsi Vasant Svarankar artıq Tac-Mahalda yalnız cümə namazlarına icazə verilə biləcəyini qeyd edib.