İordaniya Hərbi Hava Qüvvələrlərinin qırıcıları İŞİD terrorçu qruplaşmasının "paytaxtı" Rəqqa şəhərinə güclü zərbələr endirib.
Aviazərbələr nəticəsində ölən və yaralananlar var. İordaniya pilotunun İŞİD terrorçu qruplaşması tərəfindən vəhşicəsinə edamından sonra kral Abdulla II ABŞ-a səfərini yarımçıq qoyaraq vətənə qayıdıb.Uçuşdan əvvəl Kralı görən Amerika konqresmenləri qeyd edib ki, Kral çox qəzəbli idi və o and içib ki, "bombalar və yanacaq bitənədək İŞİD-ə zərbələr endiriləcək.
İordaniya mətbuatında isə hətta kralın əməliayyatlara şəxsən başçılıq etdiyi bildirilir. Lakin xəbər təkzib edilib.