Kaşıkçının bədəninin turşu ilə məhv edildiyi təsdiqləndi

Kaşıkçının bədəninin turşu ilə məhv edildiyi təsdiqləndi backend

Türkiyə hökuməti əmindir ki, səudiyyəli jurnalist Camal Kaşıkçının qatilləri onun bədənini turşu ilə məhv edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “The Washington Post” nəşri məlumat yayıb.

“Kaşıkçının cəsədini dəf etməyə ehtiyac yoxdur”, - nəşrin Türkiyədən olan bildirib.

Məlumatlara görə, cəsəd Səudiyyə Ərəbistanının baş konsulluğunda və ya qonşuluqda yerləşən baş konsulun igamətgahında məhv edilib.

Xatırladaq ki, Türkiyənin baş prokuroru İrfan Fidan bir müddət öncə verdiyi açıqlamada bildirmişdi ki, Kaşıkçı boğularaq öldürülüb. İlkin ehtimallara görə, o, konsulluq binasına girən kimi qatillər tərəfindən boğulub.