Obama: “İraqa girmək böyük səhv idi”

Obama: “İraqa girmək böyük səhv idi” backend

“Biz İŞİD-lə illərlə davam edəcək olan bir mübarizənin hələ səkkizinci ayındayıq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Barak Obama çıxış edib. O, İraqın Ramadi şəhərinin İŞİD tərəfindən tutulmasını taktiki geri çəkilmə olaraq xarakterizə edib:

“Ramadinin İŞİD tərəfindən tutulması taktiki geri çəkilmədir. Biz illərlə davam edəcək olan bir mübarizənin hələ səkkizinci ayındayıq. İraq rəhbərliyi də bu problemlərin əksəriyyətinin fərqindədir. Mən İraqda etdiyimiz səhvlərdən lazım olan dərsi almışam. Hər şeydən əvvəl məncə, İraqa girmək böyük səhv idi. Lakin bizim bu fədakarlığımız iraqlıların öz ölkələrini geri almalarına yardım etdi. ABŞ bundan sonra da İraqın özünü müdafiə etməsi və ölkədə sabitliyin təmin olunması üçün diplomatik və iqtisadi yardımlarını əsirgəməyəcək”.

Xatırladaq ki, İŞİD terrorçuları mayın 18-də Ramadi şəhərini ələ keçiriblər.
Diaspora