“Rusiya və ABŞ Ukraynanı parçalayır”

“Rusiya və ABŞ Ukraynanı parçalayır” backend

“Donbas probleminin Moskvanın təklif etdiyi sülh yolu ilə həlli mümkünsüzdür”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı aktivist Yuri Kasyanov çıxış edib. Onun sözlərinə görə, Donbas konfliktini yalnız silah yolu ilə həll etmək olar:

“Biz öz sərhədlərimizi yalnız güc yolu ilə bərpa edib, işğalçıları buradan qova bilərik. Amma nə biz hücum edirik, nə də ki, düşmən. Çox güman ki, artıq kulisdə böyük ticarət gedir. Qərb liderlərinin Moskva və Soçi görüşləri də buna işarədir. Putin indi dağılmış Donbasa geniş muxtariyyət istəyir. Donbas problemi Rusiyanın istədiyi kimi həll olunsa, Ukraynanın digər bölgələrində də separatçılıq baş qaldıracaq. Çox güman ki, sülh bağlanacaq, amma ondan cəmi bir il sonra Ukrayna tam şəkildə parçalanacaq”.
Diaspora