Dünya Bankı Gürcüstana 120 milyon dollar ayırdı

Dünya Bankı Gürcüstana 120 milyon dollar ayırdı backend

Bu gün Gürcüstan hökuməti ilə Dünya Bankı arasında iki müqavilə imzalanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, müqavilələri Gürcüstan maliyyə naziri Nodar Xaduri ilə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keral imzalayıblar.

Anlaşmaya əsasən, dövlət və özəl sektorlarda islahatların həyata keçirilməsi üçün Gürcüstana 120 milyon dollar ayrılıb. Vəsait Gürcüstan hökumətinə Avropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə veriləcək.

Tədbirdə N. Xaduri, H. Keral, habelə Gürcüstan iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrma Kavtaradze çıxış ediblər. Bildirilib ki, ayrılan vəsait dövlətin maliyyə səmərəliliyinin təkmilləşdirilməsi, inklüziv siyasətin səviyyəsinin yüksəldilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, büdcə planlaşdırılması və dövlət xidmətinin formalaşdırılması üzərində nəzarət, kapital bazarının inkişafı, biznes-mühit və özəl sektorun iqtisadi rəqabətinin gücləndirilməsi və digər sahələrdə islahatların həyata keçirilməsinə yönələcək.
Diaspora