Açılış mərasimində 10 ölkənin prezidenti iştirak edəcək
İstanbulda bu gün açılışı olacaq yeni hava limanından ilk uçuş Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə olacaq. REAL-ın məlumatına görə, Türkiyə mediyası bu barədə xəbər yazır. İlk etapda 5 qalxış və 5 enişin həyata keçirilməsi planlaşdırılır. Xarici uçuşlarla bərabər ankara antalya və izmirə test uçuşaları həyata keçiriləcək. yeni hava liamnının açılış mərasimində ümumilikdə 10 ölkənin prezidenti və 2 ölkənin baş naziri də yer alacaq..İstanbul yeni hava limanı oktyabrın 29 dan rəsmi olaraq fəaliyyətə başlayacaq. İstanbulun 3-cü havalimanı bu ilin dekbrın 31 nə kimi İSL kodu ilə fəaliyyət göstərəcək. 2019 cu il yanvarın birindən isə Atatürk Hava Limanınında istifadə olunan İST kodu yeni aeroportda istifadə olunmağa başlayacaq. Aşılış günündən başlayaraq yeni aeroport daxili və xarici uçuşların müəyyən hissəsini qəbul etməyə başlayacaq. 2019 cu ildən isə Atatürk Hava Limanının bütün daxili və xarici reysləri 3 - cu aeroportdan ediləcək. Artıq Atatürk hava limanının yeni aeroporta köçürülməsi prosesinə də başlanılıb.İlkin mərhələdə 3 cu hava limanı sadəcə sərnişindaşımanı həyata keçirəcək. 2020 ci ildən isə karqo uçuşları da yeni havalimanından həyata keçiriləcək. Artıq sınaq uçuşlarına başlanılıb və 1000 sərnişin problemsiz şəkildə aeroportda qəbul edilib.
Hava limanının adının hələlik nə olacağı məlum deyil.
İstanbulun yeni hava limanında ilk uçuşları Türk Hava Yolları həyata keçirəcək.