Türkiyədə möhtəşəm fləşmob: Atatürk portreti – Video

Türkiyədə möhtəşəm fləşmob: Atatürk portreti – Video backend

Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı tədbirləri çərçivəsində İzmirin Bayraqlı mahalında 6 min nəfərin iştirakı ilə fləşmob keçirilib.

Kult.az xəbər verir ki, 6 min nəfər əvvəlcə “Zeybək” rəqsini oynayıb. Təxminən 25 dəqiqə davam edən nümayişdə qırmızı və ağ köynəklər geyinmiş iştirakçılar türk bayrağı təsvirini, daha sonra isə Mustafa Kamal Atatürkün portretini təsvir ediblər.