Türkiyədə Cümhuriyyət bayramı qeyd edilir

Türkiyədə Cümhuriyyət bayramı qeyd edilir backend

Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır.


AzVision.az xəbər verir ki, ölkə müstəqilliyinin əldə olunmasından 95 il ötür.

1918-ci ildə Osmanlı dövləti süqut etdikdən sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə istiqlal savaşı aparan Türkiyə 1923-cü ildə müstəqilliyini bəyan edib. Ölkənin ilk prezidenti Mustafa Kamal Atatürk olub.

Bayramla əlaqədar Türkiyənin bütün bölgələrində, Şimali Kipr Türk Cümhuriyyətində və xarici ölkələrdəki təmsilçiliklərdə şənliklər təşkil olunur.