Bu gün Eyfel qülləsi işçi heyətinin etiraz aksiyası keçirməsi səbəbindən ziyarətçilərin üzünə bağlanıb. Etiraza səbəb ölkənin ən görməli yerinin yaxınlığında cibgirlərin sayının artmasıdır. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Etirazçılardan biri "Frans Press" agentliyinə müsahibəsində deyib: “Cibgirlər 4-5 nəfərdən ibarət dəstə təşkil edirlər. Hərdən onların sayı 30-a çatır”.Əməkdaşların əsas tələbi “hər gün çoxsaylı turistin qurbanı olduğu bu müsibətə son qoymaq üçün uzunmüddətli və effektiv tədbirlərin qəbul edilməsi ilə bağlı rəhbərlikdən rəsmi zəmanət” almaqdır.