Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş olub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfərdədir.Rusiyalı ali diplomat türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İstanbulda görüşüb.
Qeyd edək ki, bu gün İstanbulda Suriyada vəziyyətə dair Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanueal Makronun iştirakı ilə sammit keçiriləcək.
Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi səfiri Staffan de Mistura da sammitə qatılacaq. (realtv.az)
Zirvə toplantısında Suriyada münaqişənin siyasi yolla həlli baxımından vacib addımların atılacağı gözlənilir.
Türkiyə Avropanın da təhlükəsizliyi baxımından İdlibdə lazımi tədbirlər görməyə nail olub.