Belçika Burundiyə yardımı dayandırır

Belçika Burundiyə yardımı dayandırır backend

Belçika Burundiyə birbaşa yardımı dayandıracağını bəyan edib.

Qaziler.az Xezerxebr.com-a istinadən bildirir ki, Belçika Pyer Nkurunzizanın Burundidə yenidən prezident seçiləcəyi təqdirdə bu ölkəyə birbaşa yardımını təmamilə dayandıracağını bildirib.

Bu barədə Belçikanın Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Dünya Bankından və Avropa İttifaqından sonra Belçika Burundiyə yardım etməkdə üçüncü yeri tutur. 2013-cü ildə Belçika öz keçmiş müstəmləkəsinə ümumilikdə 47, 7 milyon avro yardım edib.

Belçika mayın 11-dən etibarən Burundidə seçki sistemini dayandırıb və Bujumbura ilə hərtərəfli əməkdaşlığa son qoyub.

Bəyanatda Burundi prezidenti Pyer Nkurunzizanın ölkədə keçiriləcək prezident seçkilərində üçüncü dəfə namizədliyini irəli sürməsinə etiraz edən dinc nümayişçilərdən 20 nəfərinin hökumət qüvvələri tərəfindən qətlə yetirilməsinin Belçikanı narahat etməsi vurğulanıb. P. Nkurunzizanın prezidentliyi dövründə siyasi böhranın daha da dərinləşdiyi və bütün ölkəni bürüdüyü bəyənatda yer alıb.

Belçika hökuməti prezident Pyer Nkurunzizanın üçüncü müddətdən imtina edəcəyinə əminliyini bildirib.
Diaspora