Çeçen Respublikasının başçısı Ramzan Kadırov İŞİD-i İslama qarşı gizli müharibəni elan etmiş ABŞ-ın və başqa qərb ölkələrinin yaratdığını bildirib.
Bu haqda Kadırov sosial şəbəkədə öz səhifəsində yazıb. Onun sözlərinə görə, vahabilər şeytan yolu ilə gedirlər. "Onlar İslamdan yalnız onlara lazım olanı götürürlər. Amma İslam Allahın sözüdür və onu hissələrə bölmək olmaz. Məruzələr şahidlik edir ki, İŞİD-in hərəkətləri İslamı içəridən partlatmağa, dünyanı İslamdan döndərməyə məcbur etməyə hesablanıb. Onların qəddarlığı, güllələmələr, qolların kəsilməsi, tonqalda insanların yandırılması İslama zidd olan şeylərdir.İŞİD İslama qarşı gizli müharibəni elan etmiş ABŞ və başqa qərb ölkələri yaradıb", - deyə Ramzan Kadırov vurğulayıb.