Türk ordusundan PKK-ya zərbə: 1 həftədə...

Türk ordusundan PKK-ya zərbə: 1 həftədə... backend

18-26 oktyabr tarixləri arasında PKK-ya qarşı baş tutan əməliyyatlarda 12 terrorçu zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bəyanatında deyilib.

Əməliyyatların Siirt, Diyarbəkir, Ağrı, Mardin, Şırnak, Hakkari və İraqın şimalında həyata keçirildiyi deyilib.

Həmçinin bu tarixlərdə baş tutan əməliyyatlarda terrorçulara məxsus xeyli silah-sursatın ələ keçirildiyi bildirilib.