Ukraynalı deputat QHT rəhbərini canlı yayımda döydü

Ukraynalı deputat QHT rəhbərini canlı yayımda döydü backend

Ukrayna Ali Radasının deputatı, sabiq səhiyyə naziri Oleq Musiy canlı yayımda QİÇS xəstələrini özündə birləşdirən qeyri-hökumət təşkilatının rəhbəri Dmitri Şerembeyi döyüb.

Oxu.Az xəbər verir ki, mübahisəyə səbəb deputatın QHT rəhbərini fırıldaqçılıqda ittiham etməsi olub.

Buna cavab olaraq D. Şerembey sabiq naziri korrupsiya əməllərində günahlandırıb. Nəticədə söz savaşı canlı yayımda davaya səbəb olub.