S-400 zenit raket komplekslərinin qurulmasına 2019-cu ilin oktyabrından başlanacaq.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar danışıb.“2019-cu ilin oktyabrında komplekslərin qurulmasına başlanılacaq. Hazırda heyət seçilməsi mərhələsindəyik. Seçiləcək heyət 2019-cu ilin əvvəllərində Rusiyada təlimə göndəriləcək. Orada zəruri təlimləri başa vurduqdan sonra buradakı vəzifələrinin icrasına başlayacaqlar”, - Akar bildirib.
Türkiyəyə təslim edilən 2 ədəd F-35 qırıcısı barədə də danışan Akar 4 pilotun hazırda ABŞ-da təlimlərdə olduğunu, bu proses başa çatdıqdan sonra F-35-lərin Malatyadakı hərbi bazaya gətiriləcəyini açıqlayıb.