“Google” və “Apple” şirkətləri onlayn mağazalarından qadağan olunmuş kitabları siliblər.
QAZİLER.AZ saytı “iguides.ru” saytına istinadən xəbərinə görə, dünən məlum olub ki, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət sahəsi üzrə Federal Xidməti (Roskomnadzor) “Google Play” və “App Store” saytlarını özünün “qara siyahı”sına sala bilərdi.Yəni provayderlər bu saytları bloklayacaqdı. Buna səbəb isə bu saytların məhkəmələr tərəfindən ekstremist qəbul edilən və qadağan olunmuş kitablara çıxışı təmin etməsidir.
“Roskomnadzor” özünün “Twitter” səhifəsində bildirib ki, artıq “Google Play” və “App Store” saytları qadağa edilmiş kontenti silib. Buna görə də bu saytlar artıq “qara siyahıya” salınmayacaq. Rusiya provayderləri isə bu saytlara çıxışı məhdudlaşdırmayacaq və ya onlara girişə qadağa qoymayacaq.