Türkiyənin Qaziantep bölgəsində hərbi hissədən qaçan əsgər əlində silahla alış-veriş mərkəzinə basqın edib.
Musavat.com xəbər verir ki, qaçan əsgər özü ilə birgə götürdüyü G3 piyada silahı ilə daxil olduğu ticarət mərkəzindəki insanları girov götürüb.Ətrafdakı insanların şikayətindən dərhal sonra bölgəyə təcili tibbi yardım, polis qrupları göndərilib.
Lakin polis işçilərinin keçirdiyi əməliyyat nəticəsində artıq həmin şəxs təslim olub.