Belarusa hücum edilərsə… - Rusiya

Belarusa hücum edilərsə… - Rusiya backend

Moskvan Belarusa qarşı istənilən hərbi hücumu özünə qarşı hücum kimi dəyərləndirəcək.

Axar.az xəbər verir ki, bunu Belarus-1 televiziyasına müsahibəsində Rusiyanın Belarusdakı səfiri Mixail Babiç deyib.

“Bizim Belarusdan olan tərəfdaşlarımızla bu məsələdə qarşılıqlı anlaşmamız və regional qüvvələr qrupumuz var. Bu gün müdafiə və zərbə üçün bütün komponentlərimiz formalaşdırılıb”, – deyə o bildirib.