Tramp ABŞ-ın BMT-dəki nümayəndəsinin qadın olmasını istəyir

Tramp ABŞ-ın BMT-dəki nümayəndəsinin qadın olmasını istəyir backend

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerikanın BMT-dəki daimi nümayəndəsinin qadın olmasını istəyir.

Oxu.Az-ın “Reuters”ə istinadla xəbərinə görə, daha öncə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin ilin sonunda öz istəyi ilə vəzifəsindən istefa verəcəyi bildirilmişdi.

Tramp qeyd edib ki, hazırda sözügedən vəzifəyə 5 namizəd arasından seçim edir: onlardan 3-ü qadındır.

“Politico” nəşrinin iddiasına görə isə, Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna Dövlət Departamentinin rəsmisi Hizer Nauertin namizədliyini nəzərdən keçirir.