Camal Qaşıqçının Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda öldürülməsiylə bağlı yeni detallar ortaya çıxmağa başlayıb
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bununla bağlı CNN telekanalı krallıq ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb.Telekanal bildirir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi jurnalistin “qəsdən öldürülməməsi” barədə ötən gün yaydığı bəyanat yaymışdı.
Həmin bəyanatda deyilir: “Araşdırmalar göstərib ki, Xaşogi İstanbul baş konsulluğuna girərkən orada olan başqa Səudiyyə Ərəbistanı vətəndaşları ilə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib və nəticədə Xaşogi həyatını itirib”.