“İŞİD-in son vaxtlarda sürətli irəliləyişi ABŞ-ın bölgədəki strategiyasını yenidən gündəmə gətirib. Ramadi və Palmiranın işğal edilməsi ABŞ-ın İŞİD strategiyasındakı boşluqları göstərir. “Uzaqdan yardım” planı iflasa uğradı”.
Axar.az xəbər verir ki, bu iddia ilə İngiltərənin nüfuzlu “Qardian” qəzeti çıxış edib. Qəzetdə yer alan məlumata görə, Obama administrasiyası İŞİD-lə mübarizədə yeni plan hazırlayır.Bu arada ABŞ-ın sabiq müdafiə naziri Robert Qeyts də İŞİD-ə qarşı mübarizədə ABŞ-ın doğru-düzgün planının olmadığını deyib:
“Həqiqətən bir strategiyamız yoxdur. Hadisələrə görə addım atılır”.