Almaniya: “ABŞ-dan asılıyıq”

Almaniya: “ABŞ-dan asılıyıq” backend

“Biz kəşfiyyat sahəsində ABŞ Milli Təhlükəsizlik Agentliyindən (NSA) asılıyıq”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Cerard Şindler çıxış edib. O, ABŞ kəşfiyyatı ilə əməkdaşlığı davam etdirəcəklərini bildirib:

“ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) bizim rəqibimiz yox, partnyorumuzdur. Onlar Almaniyanın təhlükəsizliyinə dəstək verir. NSA son illərdə önəmli məlumatları bizimlə paylaşır və texniki yardım edir”.

Qeyd edək ki, NSA-nın keçmiş əməkdaşı Edvard Snouden iki il əvvəl ABŞ kəşfiyyatının başda kansler Angela Merkel olmaqla, alman vətəndaşlarını və bəzi siyasətçiləri dinlədiyini ortaya çıxarmışdı.
Diaspora