“ICANN” prezidenti istefaya gedəcək

“ICANN” prezidenti istefaya gedəcək backend

Qaziler.az Rabitə və Tüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, bu gün internetdə domen adların və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının prezidenti Fadi Şehade 2016-cı ilin martında vəzifəsini tərk edəcəyini açıqlayıb.

Təşkilata 2012-ci ilin sentyabrından rəhbərlik edən Fadi Şehadenin istefaya getməsinə səbəb kimi onun yeni iş tapması göstərilir. Təşkilat rəhbərinin hansı işlə məşğul olacağı “ICANN”-ın 2016-cı ildə Mərakeşdə keçirəcəyi konfransından sonra məlum olacaq. Bu, Fadi Şehadenin təşkilat rəhbəri kimi iştirak edəcəyi sonuncu tədbir olacaq.
“ICANN” rəhbəri domen sənayesinin inkişafına töhfə verdiyinə görə şad olduğunu bildirib. Onun sözlərinə görə, təşkilatda çox gözəl işçi heyəti toplanıb, bir nəfərin işini tərk etməsi işə təsir göstərməyəcək və yeni rəhbər təşkilatın inkişafını uğurla davam etdirə biləcək.

Bildirilir ki, Fadi Şehadenin başlıca xidməti “ICANN”-ın ABŞ hökumətinin nəzarətindən çıxmağa başlamasıdır. “ICANN” dövlət orqanlarının nəzarətində olan texniki təşkilatdan tədricən dünya miqyaslı şirkətə çevrilməklə filialları vasitəsilə bütün ölkələrin cəmiyyətləri ilə əlaqə saxlayır.

Həmçinin onun idarəetməsi dövründə yüksəksəviyyəli yeni domenlər proqramı (New gTLD) uğurla istifadəyə verilib.

Domen sənayesi nümayəndələrinin fikrincə, Fadi Şehadenin vəzifəsini tərk etməsi “ICANN” üçün böyük itkidir, - "Webnames” yazır.
Diaspora