İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var

İranda döyüşlər: SEPAH hücuma keçdi - Həlak olanlar var backend

İran Kürdüstan Demokrat Partiyası (İKDP) silahlı peşmərgələri ilə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) qüvvələri arasında baş verən silahlı qarşıdurmada 6 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İKDP-nın rəsmi saytı məlumat yayıb.

Qarşıdurma İran-İraq sərhədlərinə yerləşən Bidmiri rayonunda baş verib. 3 saat davam edən qarşıdurmada 2 kürd peşmərgəsi həlak olduğu halda, SEPAH-ın 3 hərbçisi həyatını itirib.

Hadisə nəticəsində 1 nəfər mülki vətəndaş da həlak olub.

Bölgədə vəziyyətin gərgin olduğu bildirilir.